"İnter" Türkiyədə hazırlıqlara başlayır
Bakının "İnter" klubu artıq təlim-məşq toplanışı keçirmək məqsədilə Türkiyənin Antalya şəhərindədir.
SportLine.az klubun saytına istinadən xəbər verir ki, Riu Kaya Belek mehmanxanasında məskunlaşan komanda bu gün iki dəfə məşq etməyi planlaşdırır. İlk məşq səhər, ikinci məşq isə axşam saatlarında baş tutacaq.