"İnter" xal itirdi, "Napoli" qalib gəldi
İtaliya "A Seriya"sında 20-ci tur start götürüb. SportLine.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib. Liderlər qrupunda yer alan "İnter" "Atalanta" səfərində xal itirib. "Sassuolo"nu qəbul edən "Napoli" isə növbəti qələbəsini qazanıb.
16 yanvar 2016
"A Seriya", 20-ci tur
"Atalanta" - "İnter" - 1:1
Qollar: Murillo, 17-avtoqol (1:0), Toloi, 25-avtoqol (1:1)
"Torino" - "Frosinone" - 4:2
Qollar: İmmobile, 9 (1:0), Sammarko, 33 (1:1), Belotti, 37 (2:1), 41 (3:1), Avelar, 74-avtoqol (3:2), Benassi, 82 (4:2)
"Napoli" - "Sassuolo" - 3:1
Qollar: Falcinelli, 3 (0:1), Kallehon, 19 (1:1), İquain, 42 (2:1), 90+3 (3:1)