"İnter" Serbiyadadır
Avropa Liqasının I təsnifat mərhələsində "Mladost"a qonaq olacaq "İnter" səfərə yollanıb. Sportline.az verir ki, paytaxt futbolçuları 35 nəfərlik nümayəndə heyəti ilə bu gecə İstanbula yola düşüblər. Komanda oradan da Belqrada səfər edib. Artıq Serbiya paytaxtında olan futbolçularımız Luçani şəhərinə qədər olan məsafəni avtobusla qət edəcəklər. Xatırladaq ki, "Mladost" "İnter" qarşılaşması iyunun 29-da, cavab oyunu isə bir həftə sonra Bakıda keçiriləcək.