“İnter”də ayrılıq gözlənilir
"İnter"in sağ cinah müdafiəçisi Denzel Dumfiris klubdan ayrıla bilər.
Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, "Mançester Yunayted" və "Aston Villa" 29 yaşlı futbolçunu transfer etmək üçün hərəkətə keçib.
D.Dumfirisin dəyəri 35 milyon avrodur.
Qeyd edək ki, Niderland millisinin üzvü bu mövsüm meydana çıxdığı 17 matçda 3 qolla yadda qalıb.