"İnter"dən "Arsenal"a doğru
"İnter"in italiyalı forvardı Pio Espozito karyerasını "Arsenal"da davam etdirə bilər.
Sportline.az xəbər verir ki, bu haqda "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
20 yaşlı futbolçunun transfer qiyməti 40 milyon avrodur.
Qeyd edək ki, İtaliya millisinin üzvü bu mövsüm meydana çıxdığı 37 matçda 7 qol, 6 asistlə yadda qalıb.