"İnter"dən yeni həmlə

"Brentford" İtaliya əsilli cinah oyunçusu Mikael Kayodenin transfer dəyərini ikiqat artırıb. Futbolçu əvvəlcə "Fiorentina"dan transfer olunmuşdu.

Sportline.az xəbər verir ki, Kayode hazırda "İnter Milan"ın yaxından izlədiyi oyunçular arasındadır.

Milan təmsilçisi sağ cinah müdafiəçisi mövqeyində rotasiya imkanlarını genişləndirmək istəyir. Komanda əsas heyətdə çıxış edən Denzel Dumfriesə alternativ axtarır.

Eyni zamanda, heyətdə yer alan Luis Henrike rəhbərliyi tam razı sala bilməyib.

Bu səbəbdən Kayodenin transferi ciddi variant kimi nəzərdən keçirilir.