“İnter”i “Mançester Yunayted”ə dəyişə bilər

"İnter"in müdafiəçisi Federiko Dimarko İngiltərə Premyer Liqasında çıxışını davam etdirə bilər.

Sportline.az xəbər verir ki, "Mançester Yunayted" italiyalı oyunçunu heyətinə qatmaqda maraqlıdır. Bu barədə İtaliya mətbuatı xəbər verib.

"Qırmızı şeytanlar"ın baş məşqçisi Ruben Amorim rəhbərliyə Dimarkonun transferinin həyata keçirilməsini təklif edib.