"İnter"in oyunuda 7 qol

İtaliya çempionatının ilk turundan təxirə salınan “Benevento” – “İnter” matçı keçirilib.

Sportline.az xəbər verir ki, matçın elə ilk dəqiqəsində hesab açılıb. Romelu Lukaku fərqlənib.

25-ci dəqiqədə fərq artıb. Bu dəfə Roberto Qalyardini hədəfdən yayınmayıb. Çox keçmədən Lukaku dubl edib. Fasiləyədək daha 2 qol vurulub. Meydan sahiblərindən Canluka Kaprarinin qoluna, Əşrəf Hakimi dəqiq zərbə ilə cavab verib. İkinci yarıda isə uzun müddət hesab dəyişməyib. 71-ci dəqiqədə Lautaro Martinez hesabı 5:1 edib. “Benevento”dan Canluka Kaprari dubl edərək mübarizəyə nöqtə qoyub.

Beləliklə, 5:2 hesabı ilə qalib gələn “İnter” ardıcıl ikinci matçında qələbə qazanıb.