"İnter"in yeni forması

"İnter" 2021/2022 mövsümü üçün  yeni ev formasını təqdim edib.

Sportline.az klubun "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, formada ənənəvi şaquli qara və mavi zolaqlar əvəzinə, mavi və tünd göy rəngdə hazırlanmış qeyri-adi naxış yer alıb.

Qeyd edək ki, "İnter" ötən mövsüm İtaliya çempionu olub.