İntiqam Babayev rusiyalı gənclərlə görüşdü

 

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri xanım Leyla Əliyevanın dəvəti ilə Azərbaycanda səfərdə olan Rusiya Federasiyasının bir qrup dövlət qulluqçularından, qeyri-hökumət gənclər təşkilatlarının üzvlərindən və ali məktəb tələbələrindən ibarət nümayəndə heyəti Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayevlə görüşmüşüb. SportLine.az xəbər verir ki, görüşdə Azərbaycanda uğurla həyata keçirilən gənclər siyasəti, müxtəlif layihələr, əldə edilmiş uğurlar və beynəlxalq əlaqələr haqqında məlumat verilmiş və nümayəndə heyətinin üzvləri səfər barəsində öz təəssüratlarını bölüşmüşlər. Görüşün sonunda qonaqlara Gənclər və İdman Nazirliyinin xatirə hədiyyələri təqdim edilib.

Azərbaycan Gənclər və İdman Nazirliyinin məlumatı