İnyesta üçün yubiley
İspaniya La Liqasının 23-cü turunda keçirilən "Barselona" - "Leqanyes" matçı Andres İnyesta üçün əlamətdar olub. SportLine.az xəbər verir ki, 80-ci dəqiqədə meydana daxil olan yarımmüdafiəçi bununla da katalonların heyətində 400-cü oyununa çıxıb. Futbolçu bu rəqəmlə yalnız Xavidən (505 oyun) geri qalır.
Qeyd edək ki, İnyesta 2002-ci ildən "Barsa"nın şərəfini qoruyur.