İnyesta yayılan xəbərləri təkzib etdi

"Barselona"nın sabiq futbolçusu Andres İnyesta uşaqlıqda "Real" fanatı olduğu haqda yayılan xəbərləri təkzib edib.

Sportline.az xəbər verir ki, veteran futbolçu buunla bağlı sualları belə cavablandırıb: "Bu, həqiqəti əks etdirmir. Mənimlə bağlı bəzi yanlış xəbərlər yayılmışdı. bu, da onlardan biri idi".

"Qoy bu həqiqətlə barışsınlar", - deyə İnyesta AS-a bildirib.

Qeyd edək ki, Andres İnyesta 1996-2018-ci illərdə "Barselona"nın formasını geyinib.