İran Futbol Federasiyası millinin qapıçısını cəzalandırıb
İran millisinin qapıçısı Hossein Hosseini oyundan sonra bir qadına hücum etdiyi üçün cəzalandırılıb.
Sportline.az Ajansspor.com-a istinadla xəbər verir ki, iranlı qapışı “İstiqlal Tehran” – “Aliminuam Arak” oyunundan sonra meydanda girən bir qadın azarkeşə hücum etdiyi üçün 1 oyunluq cəzalandırıb.
Futbolçuya həmçinin 4400 avro pul cəzası verilib.
Qeyd edək ki, “Mavi Qız” ləqəbli Sahar Khodayarinin 2019-cu ildə ölümündən sonra İranda qadın azarkeşlərin stadionlara getməyinə icazə verilmişdi.
Sohor Khodayari 2019-cu ildə İranda bir futbol matçına kişi qılığında girməyə cəhd etdiyi üçün 6 ay həbs oluna biləcəyini öyrəndikdən sonra 29 yaşında intihar etmişdi.