Şimali İrlandiya - Almaniya: Düşərgələrdəki son durum
DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində bu gün növbəti oyunlar keçiriləcək.
Sportline.az xəbər verir ki, Şimali İrlandiya öz meydanında Almaniya ilə qarşılaşacaq.
Heyətlərə nəzər saldıqda meydan sahiblərində yeganə itki Kairon Braunun adı ilə bağlıdır.
Bundesdimin heyətində isə Ceymi Leveninq baş məşqçi Yuliyan Nagelsmannın sərəncamında olmayacaq.
Qeyd edək ki, start fiti 22:45-də səslənəcək Şimali İrlandiya - Almaniya oyununu ispaniyalı hakim Xesus Xil Manzano idarə edəcək.