İsak "Nyukasl"dan ayrılacaq?

"Nyukasl Yunayted"in isveçli futbolçusu Aleksander İsak mövsümün sonunda komandasını dəyişə bilər.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Çelsi", "Arsenal" və "Barselona" İsakla yaxından maraqlanır.

25 yaşlı forvardın "Nyukasl"la müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, İsak cari mövsüm çıxış etdiyi 31 matçda 22 qol və 5 asistlə yadda qalıb.