İsakın "Liverpul" xəyalı davam edir
“Nyukasl Yunayted” futbolçusu Aleksander İsaka xəbərdarlıq edib.
Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, “Nyukasl Yunayted” rəhbərliyi isveçli hücumçu Aleksander İsaka xəbərdarlıq edib ki, yaxın həftələrdə onun üçün qəbulolunan təklif daxil olmazsa, komanda ilə məşqlərə qayıtmalıdır.
Yay hazırlıq dönəmini bud əzələsindəki zədə səbəbindən buraxan İsak hazırda baş məşqçi Eddi Haunun qərarı ilə kollektivdən ayrı çalışır.
Mütəxəssis futbolçunun davranışlarının komanda ab-havasına mənfi təsir etməsini istəmir.
Qeyd edək ki, İsak "Liverpul"da oynamaq üçün alışıb yanır.