İspaniya millisində ciddi itki yaşanıb

Fabian Ruiz İspaniya millisinin düşərgəsini tərk etdi.

Sportline.az xəbər verir ki, PSJ-nin yarımmüdafiəçisi Fabian Ruiz əzələ zədəsinə görə İspaniya millisinin düşərgəsini vaxtından əvvəl tərk edib.

İspaniyalı futbolçu düşərgəyə yüngül əzələ ağrıları ilə qoşulmuşdu və bu, baş məşqçi Luis de la Fuente ilə yanaşı, tibbi heyətdə də narahatlıq doğurmuşdu.

Aparılan dəqiq müayinələrdən sonra həkimlər zədənin təsdiqləndiyini bildiriblər və oyunçunun heyətdən çıxarılmasına qərar verilib.