İspaniya nəhəngi Rodri üçün 130 milyon avro ödəməyə hazırdır
"Real Madrid" gələn ilin yayında "Mançester Siti"nin yarımmüdafiəçisi Rodrini transfer etməyə çalışacaq.
Sportline.az "Daily Star" nəşrinə istinadən xəbər verir ki, Madrid klubu 29 yaşlı oyunçu üçün 130 milyon avro ödəməyə hazırdır.
Rodri özüdə "Real"a transfer olmağa can atır.
Qeyd edək ki, İspaniya millisinin üzvü bu mövsüm 11 rəsmi matçda iştirak edib. Aktivində 1 məhsuldar ötürmə var.