İspaniya nəhəngi Salahı istəyir

"Barselona"nın Mohamed Salah transferi ilə bağlı planları gündəmə gəlib.

Sportline.az xəbər verir ki, bu haqda "Diario As" nəşri məlumat yayıb.

"Barselona"nın baş məşqçisi Hansi Flick misirli ulduzun çoxşaxəli oyun keyfiyyətlərini yüksək qiymətləndirir və onun komandaya ciddi fayda verəcəyini düşünür.

Qeyd edək ki, 33 yaşlı cinah oyunçusu 2025/26 mövsümündə "Liverpul" forması ilə bütün turnirlərdə 34 oyuna çıxaraq 10 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.