İstanbul klubu baş məşqçisi ilə yollarını ayırıb

"Eyüpspor"da baş məşqçi istefası – Selçuk Şahinlə yollar ayrıldı.

Sportline.az xəbər verir ki, Super Liqada çıxış edən İstanbul təmsilçisi "Eyüpspor"da baş məşqçi Selçuk Şahinlə yollar ayrılıb. Klubdan verilən rəsmi açıqlamaya görə, Şahin "Kocaelispor"la oyundan sonra istefa verib və bu qərar qarşılıqlı razılaşma ilə qəbul olunub.