İstanbul nəhəngində ayrılıq gözlənilir
"Fənərbağça"da daha bir ayrılıq gözlənilir.
Sportline.az "Akşam"a istinadla xəbər verir ki, İstanbul nəhəngi Oğuz Aydınla yolları ayırmağa hazırlaşır.
"Feyenoord"la oyundakı çıxışı ilə azarkeşlərin qınağına tuş gələn 24 yaşlı hücumçu klub rəhbərliyinin də "qara siyahı"sına düşüb.
İstanbullular A Seriyası və La Liqa təmsilçilərinin diqqət mərkəzində olan futbolçu ilə münasib təklif müqabilində vidalaşmağa hazırdırlar.
Qeyd edək ki, Oğuz Aydın ötən mövsüm meydana çıxdığı 30 oyunda 7 qol, 8 asist müəllifi olub.