İtaliya A Seriyasının oyunları təxirə salındı
İtaliya A Seriyasının 33-cü turunun bu günə təyin olunan oyunları təxirə salınıb.
Sportline.az xəbər verir ki, buna Roma Papası Fransiskin vəfatı səbəb olub.
A Seiyası rəhbərliyinin qərarı ilə "Torino" - "Udineze", "Kalyari" - "Fiorentina", "Cenoa" - "Latsio" və "Parma" - "Yuventus" görüşləri başqa vaxta keçirilib.
Dəqiq tarix barədə sonra məlumat veriləcək.
Qeyd edək ki, Roma Papası Fransisk aprelin 21-də 88 yaşında dünyasını dəyişib.