İtaliya klubları Meynonu transfer etmək çalışır
"Mançester Yunayted"in ingiltərəli futbolçusu Kobi Meyno klubdan ayrılmaq fikrində qətidir.
Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, "Yuventus" və "Roma" K.Meynonu transfer etməyə çalışır.
20 yaşlı yarımmüdafiəçinin dəyəri 50 milyon avrodur.
Qeyd edək ki, K.Meyno bu mövsüm meydana çıxdığı 4 matçda 1 asistlə yadda qalıb.