İtaliya millisinin üzvü komandasını dəyişə bilər
"İnter"in mərkəz müdafiəçisi Alessandro Bastoni yayda komandadan ayrıla bilər.
Sportline.az xəbər verir ki, "Liverpul" və "Barselona" sözügedən oyunçu transfer etməyi planlaşdırır.
26 yaşlı stopperin transfer qiyməti 80 milyon avrodur.
Qeyd edək ki, Bastoninin "İnter"lə sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.