İtaliya nəhəngi Barış Alperi izləyir
Qalatasarayın hücumçusu Barış Alperə təkliflər gəlməyə davam edir.
Sportline.az xəbər verir ki, İtaliya nəhəngi Napoli türkiyəli futbolçunu yaxından izləyir.
Yay transfer pəncərəsində Napoli Qalatasaraya rəsmi təklif göndərəcək.
24 yaşlı futbolçuya İngiltərə klublarından da maraq böyükdür.
Qeyd edək ki, bu mövsüm 43 matçda forma geyinən Barış 11 qol 6 məhsuldar ötürmə ilə yadda qalıb.