Jiru vətəninə qayıdır

"Arsenal"ın futbolçusu Olivye Jiru karyerasını Fransada davam etdirə bilər. SportLine.az "France Football"a istinadən xəbər verir ki, "Lion" hücumçunun xidmətində maraqlıdır. 

Artıq klub rəhbərliyinin O.Jiru ilə danışıqlara başladığı və ilkin razılıq əldə olunduğu bildirilir.

Qeyd edək ki, 30 yaşlı futbolçu 2012-ci ildən "topçular"ın şərəfini qoruyur.