Joao Feliks komanda yoldaşı haqqında danışıb

“Çelsi”nin portuqaliya futbolçusu Joao Feliks komanda yoldaşı Kristofer Nkunku barədə öz fikirlərini səsləndirib.

Sportline.az xəbər verir ki, J.Feliks jurnalistlərə müsahibə verərkən bu fikirləri söyləyib;

“Nkunku mükəmməl futbolçudur. O böyük istedada malik oyunçudur. “Leipziq”də mükəmməl işlər gördü. "Çelsi"də əla çıxış edir. Onunla birliktə oynamaqı sevirəm. Nkunku ilə birliktə oynamaq çox rahatdır”, - deyə Joao Feliks bildirib.

Qeyd edək ki, Nkunku 2023-cü ildən “Çelsi”də çıxış edir.