Joao Qomeş "Mançester Yunayted"in radarındadır
"Vulverhempton"un futbolçusu Joao Qomeş "Mançester Yunayted"in transfer hədəfindədir.
Sportline.az xəbər verir ki, "qırmızı şeytanlar"ın rəhbərliyi brazilyalı yarımmüdafiəçini çox bəyənir.
Bu haqda "Caught Offside" nəşri məlumat yayıb.
Sözügedən oyunçu "Vulverhempton"dan ayrılmaq fikrində qətidir.
Qeyd edək ki, "mankunyanlar" bu keçid üçün qarşı tərəfə 35 milyon avro ödəməyə hazırdır.