Joze Mourinyo sürüşdü
Rusiyaya səfər edən Joze Mourinyo kuryoz hadisə ilə üzləşib. SportLine.az xəbər verir ki, Qitə Hokkey Liqasının (KXL) “Avanqard” – OİK görüşünün fəxri qonağı olub.
Oyundan öncə qırmızı xalçada meydanın mərkəzinə gələn portuqaliyalı futbol mütəxəssisi qarşılaşmaya simvolik start verib. Daha sonra isə sürüşüb.
Onu xokkeyçilər ayağa qaldırıb və meydanın kənarına qədər gətiriblər.