Jurnalist Luis Enrikenin mətbuat konfransında yuxuladı

"Barselona"nın baş məşqçisi - Luis Enrike "Valensiya" ilə görüşdən (4:2) sonra mətbuat konfransı keçirib. SportLine.az xəbər verir ki, tədbir jurnalistlərdən birinin yuxulaması ilə yadda qalıb. 

Yuxulayan jurnalisti görən Enrike ona, "Sabahın xeyir! Necəsən?" deyə müraciət edib.