Kalafiori "Arsenal"ı tərk edə bilər

"Arsenal"ın rəhbərliyi Rikkardo Kalafiorinin çıxışından narazıdır.

Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, London klubu italiyalı sol cinah müdafiəçisini yayda satmaq istəyir.

23 yaşlı futbolçunun "topçular"la sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.

Qeyd edək ki, R.Kalafiori cari mövsüm meydana çıxdığı 25 matçda 1 qol, 3 asistlə yadda qalıb.