Kalafiori İtaliyaya qayıdır
"Arsenal"da işləri yolunda getməyən Rikardo Kalafiori yayda İtaliyaya qayıdacaq.
Sportline.az xəbər verir ki, "İnter" 23 yaşlı futbolçuya elçi düşüb.
Bu haqda "L İnterista" nəşri məlumat yayıb.
Qeyd edək ki, R.Kalafiori 2024-cü ildən "Arsenal"da çıxış edir.