Kalulo "Mançester Yunayted"ə keçə bilər

"Mançester Yunayted" "Yuventus"un stopperi Pyer Kalulunu heyətinə qatmaq üçün hərəkətə keçib.

Sportline.az xəbər verir ki, bu haqda "Tutto Sport" nəşri məlumat yayıb.

25 yaşlı mərkəz müdafiəçisinin transfer qiyməti 35 milyon avrodur.

Qeyd edək ki, sözügedən oyunçunun "Yuventus"la sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.