Kamerunlu futbolçu "Sakaryaspor"a transfer olunub
"Hatayspor" ilə yollarını ayıran Ze Lamkel 1-ci liqa təmsilçisi "Sakaryaspor"a keçib.
Sportline.az Trtspor.com-a istinadla xəbər verir ki, Sakarya klubu ilə 27 yaşlı futbolçu arasında növbəti günlərdə rəsmi müqavilə imzalanacaq.
Kamerunlu futbolçu ötən mövsümün ilk dövrəsini "Hatayspor"da, ikinci dövrəsini isə icarə əsasında "Metz"də keçirib.Ümumillikdə meydana çıxdığı 27 oyunda 4 qol və 3 asistlə yadda qalıb.
Qeyd edək ki, Ze Lamkel daha əvvəl karyerasında "Antverp", "Ximki" və "Dunayska Streda" kimi klublarda çıxış edib.