Kamran Ağayev İker Kasilyasa qarşı

Bu gün Portuqaliya çempionatında 6-cı tur start götürəcək. SportLine.az xəbər verir ki, Azərbaycan millisinin üzvləri - Kamran Ağayev və Emin Mahmudovun şərəfini qoruduğu "Boavişta" "Porto"nun qonağı olacaq.

Portuqaliya mətbuatının yaydığı məlumata görə, bu görüşdə K.Ağayev start heyətində meydana çıxacaq. 

Qeyd edək ki, "Porto" - "Boavişta" matçının start fiti Bakı vaxtı ilə 22:00-da səslənəcək.