Kamran və Emin bu gün meydana çıxacaq?

Azərbaycan millisinin üzvləri - Kamran Ağayev və Emin Mahmudovunşərəfini qoruduğu "Boavişta" bu gün növbəti oyununa çıxacaq. SportLine.az xəbər verir ki, “Maritimo”ya qarşı keçiriləcək matçın iştirak ərizələri artıq məlumdur. 

Nə K.Ağayev, nə də E.Mahmudov "18-lik"də yer almayıb.

Qeyd edək ki, “Boavişta” – “Maritimo” oyunu bu gün Bakı vaxtı ilə saat 20.00-da başlanacaq.