Kanq-in Li PSJ-dən ayrılmaq niyyətində deyil

"Paris Sen-Jermen"in futbolçusu Kanq-in Li yayda klubdan ayrılmaq fikrində deyil.

Sportline.az xəbər verir ki, bu haqda "Le Parisien Sport" nəşri məlumat yayıb.

24 yaşlı oyunçunun PSJ ilə sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.

Qeyd edək ki, cənubi koreyalı hücumameyilli yarımmüdafiəçi bu mövsüm meydana çıxdığı 21 matçda 2 qol, 3 asistlə yadda qalıb.