Kante Fransaya qayıdır
Nqolo Kante karyerasını yenidən ölkəsində davam etdirə bilər.
Sportline.az xəbər verir ki, “Paris FC” Səudiyyənin “Əl-İttihad” klubunda çıxış edən fransalı ulduz Nqolo Kante ilə bağlı böyük plan qurur.
34 yaşlı yarımmüdafiəçinin müqaviləsi mövsümün sonunda başa çatır və hələ də tərəflər arasında danışıqlar aparılmayıb.