Kante ölkəsinə qayıdır

"Əl-İttihad"ın yarımmüdafiəçisi Nqolo Kante karyerasını yenidən ölkəsində davam etdirə bilər.

Sportline.az xəbər verir ki, "Paris" klubu 34 yaşlı futbolçunun xidmətində maraqlıdır.

Bu haqda "Foot Mercato" nəşri məlumat yayıb.

Qeyd edək ki, Kantenin transfer qiyməti 10 milyon avrodur.