Kapitan Amerika Premyer Liqaya qayıdır
"Milan"ın amerikalı futbolçusu Kristian Pulişiç karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirmək istəyir.
Sportline.az xəbər verir ki, bu haqda "Caught Offside" nəşri məlumat yayıb.
27 yaşlı sağ cinah vingeri cari mövsüm meydana çıxdığı 21 matçda 10 qol, 2 asistlə yadda qalıb.
Qeyd edək ki, "Tottenhem", "Mançester Yunayted" və "Arsenal" Pulişin xidmətində maraqlıdır.