Kapitan gəmini tərk edir
"Mançester Siti"nin kapitanı Bernardo Silva gələn ilin yayında komandasını dəyişəcək.
Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, "Barselona" və "Yuventus" 31 yaşlı yarımmüdafiəçini rənglərinə bağlamaq istəyir.
B.Silvanın "Mançester Siti" ilə sözləşməsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Portuqaliya millisinin üzvü bu mövsüm meydana çıxdığı 12 matçda 1 qol, 2 məhsuldar ötürmə müəllifi olub.