Karlo Ançelottidən Ronaldo haqqında açıqlama: “Oyundan əvvəl...”

“Real”ın sabiq çalışdırıcısı Karlo Ançelotti Kriştianu Ronaldo haqqında fikirlərini bölüşüb. SportLine.az xəbər verir ki, italiyalı mütəxəssis onu bir futbolçu kimi yüksək qiymətləndirib: “Komandanın baş məşqçisi kimi, Ronaldo sənə tamam başqa cür görünür. Bütün dünya onun imicini, zahiri görünüşünü, jestlərini müzakirə edir. Kriştianu komandası üçün əlindən gələni əsirgəməyən futbolçudur. Heç vaxt onun oyundan qabaq güzgü qarşısında dayandığını, görünüşünə “əl gəzdirdiyini” görməmişəm”. Onun üçün ən əsası qələbə qazanmaqdır”