Karlos Alkaraz yarımfinala yüksəlib
Rolan Qarros turnirində ¼ finalın oyunlarına start verilib.
Sportline.az xəbər verir ki, bu mərhələdə ispaniyalı tennisçi Karlos Alkaraz amerikalı Tommi Poulla üz-üzə gəlib.
İlk set Alkarazın üstünlüyü ilə başa çatıb. 6:0. 2 və 3-cü setlərdədə rəqibinə heç bir şans verməyən Alkaraz adını yarımfinal mərhələsinə yazdırıb. 6:1, 6:4.
Qeyd edək ki, Karlos Alkarazın yarımfinaldaki rəqibi italiyalı Lorenzo Musetti olacaq.