"Karvan-Yevlax" yeni baş məşqçini təqdim etdi
Füzuli Məmmədovun "Karvan-Yevlax"a baş məşqçi təyinatı açıqlanıb.
Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Klub rəhbərliyinin qərarına əsasən bir müddətdir komandada məşqçi kimi fəaliyyət göstərən Füzuli Məmmədov mövsümün sonunadək öz məşqçi heyəti ilə birlikdə "Karvan Yevlax"ın baş məşqçisi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, "Karvan-Yevlax" Misli Premyer Liqasının turnir cədvəlində 6 xalla sonuncu yerdə qərarlaşıb.