"Kasımpaşa"da yeni transfer

Super Liqa klublarında "Kasımpaşa" heyətini müdafiəçi ilə gücləndirib.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, İstanbul təmsilçisi son olaraq "Amyen" klubunda forma geyinən Nikolas Opokunu heyətinə qatıb.

27 yaşlı qanalı oyunçu ilə 2 illik müqavilə imzalanıb.Bu, Kasımpaşanın yay transfer dönəmində 3-cü transferi olub.Komanda daha əvvəl Kevin Rodriqez və Kafunu heyətinə qatmışdı.

Qeyd edək ki, "Kasımpaşa" Super Liqanın 2-ci turu çərçivəsində bu gün "Hatayspor"la səfərdə qarşılaşacaq.