Kazemiro İstanbul nəhənginə keçə bilər

"Mançester Yunayted"in brazilyalı yarımmüdafiəçisi Kazemiro Türkiyə Superliqasında çıxış edə bilər.

Sportline.az xəbər verir ki, “Fənərbağça” futbolçunu heyətinə qatmaq üçün hərəkətə keçib.

“Estadio Deportivo”da dərc edilən xəbərə görə, “Fənərbağça” futbolçunu transferi üçün "Mançester Yunayted"lə danışıqlara başlayıb. Baş məşqçi Joze Mourinyonun sabiq futbolçusunu komandasında görmək istədiyi bildirilir.

Qeyd edək ki, bu mövsüm "Mançester Yunayted"də 23 matça çıxan braziliyalı futbolçu 3 dəfə fərqlənib. Joze Mourinyo bundan əvvəl “Real Madrid”də işləyərkən Kazemiroya etimad göstərib.