Kazemiro “Mançester Yunayted”i tərk edə bilər
"Mançester Yunayted"lə olan müqaviləsi gələn ilin yayında başa çatacaq Kazemiro gələcək karyerası ilə bağlı qərarını verib.
Sportline.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi "qırmızı şeytanlar"dan ayrılacaq.
Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
Kazemiro futbol həyatını Səudiyyə Ərəbistanında davam etdirməyi planlaşdırır.
33 yaşlı futbolçu Kriştiano Ronaldonun çıxış etdiyi "Əl-Nəsr" klubuna keçəcək.