Kazemiro Səudiyyə Ərəbistanında çıxış edəcək
"Mançester Yunayted"dən ayrılacağı dəqiqləşən Karlos Enrike Kazemiro yayda "Əl-İttihad"a keçəcək.
Sportline.az xəbər verir ki, bu haqda ESPN nəşri məlumat yayıb.
34 yaşlı yarımmüdafiəçinin dəyəri 8 milyon avrodur.
Qeyd edək ki, Kazemiro cari mövsüm meydana çıxdığı 30 matçda 7 qol, 2 asistlə yadda qalıb.