Kenan Yıldız London klubuna keçə bilər

"Arsenal"ın yeni transfer hədəfi bəlli olub.

Sportline.az "Radio Radio" nəşrinə istinadən xəbər verir ki, "Yuventus"un türkiyəli futbolçusu Kenan Yıldız "Arsenal"ın transfer siyahısında yer alıb.

London klubu bu keçid üçün qarşı tərəfə 43 milyon avro + Qabriel Jesusu təklif edib.

Qeyd edək ki, Kenan Yıldızın "Yuventus"la sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.