Kenan Yıldız "Real Madrid"ə transfer olacaq?

"Real Madrid" "Yuventus"un türkiyəli ulduzu Kenan Yıldızı heyətinə qatmaq niyyətindədir.

Sportline.az xəbər verir ki, bu haqda "Tutto Sport" nəşri məlumat yayıb.

21 yaşlı oyunçunun transfer qiyməti 75 milyon avrodur.

Qeyd edək ki, K.Yıldız cari mövsüm meydana çıxdığı 46 matçda 11 qol, 10 asistlə yadda qalıb.